Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan himni

Azərbaycan himni
Sakura

Azərbaycan himni

Azərbaycan marşı — Azərbaycan Respublikasının rəsmi dövlət himni.

 

Tarixi

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.

Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir.

2018-ci ilin noyabrında Milli Məclis deputatı Tahir Kərimli himnin davamlılığının qısaldılmasını və qəmli notların yığışdırılmasını təklif edib. Təklif cəmiyyətdə birmənalı qarşılanmayıb.

 

Musiqisi

Cümhuriyyət illərində Üzeyir Hacıbəyov iki marş yazmışdır. Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem Üngörükün Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabında çap olunmuşdur.

 

Notları

Himnin musiqisinin fortepiano(klavir)üçün notlarını aşağıdakı linkdən əldə edə bilərsiniz.

 

Mətni

Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir.

 

Himnin Mətni
Latın qrafikası ilə Kiril qrafikası ilə Ərəb qrafikası ilə

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!

Азәрбајҹан!, Азәрбајҹан!
Еј гәһрәман өвладын шанлы Вәтәни!
Сәндән өтрү ҹан вермәјә ҹүмлә һазырыз!
Сәндән өтрү ган төкмәјә ҹүмлә гадириз!
Үчрәнҝли бајрағынла мәс'уд јаша!
Үчрәнҝли бајрағынла мәс'уд јаша!

Минләрлә ҹан гурбан олду,
Синән һәрбә мејдан олду!
Һүгугундан кечән әсҝәр,
Һәрә бир гәһрәман олду!

Сән оласан ҝүлүстан,
Сәнә һәр ан ҹан гурбан!
Сәнә мин бир мәһәббәт
Синәмдә тутмуш мәкан!

Намусуну һифз етмәјә,
Бајрағыны јүксәлтмәјә
Ҹүмлә ҝәнҹләр мүштагдыр!
Шанлы Вәтән! Шанлы Вәтән!
Азәрбајҹан!, Азәрбајҹан!
Азәрбајҹан!, Азәрбајҹан!

!آذربایجان، آذربایجان
ای قهرمان اولادین شانلی وطنی
سندن اوترو جان ورمه‌یه جومله حاضریز
سندن اوتروقان توکمه‌یه جومله قادیریز
!اوچ رنگلی بایراقین‌لا مسعود یاشا
!اوچ رنگلی بایراقین‌لا مسعود یاشا

مینلرله جان قوربان اولدو
!سینن حربه میدان اولدو
حقوقوندان کچن عسکر
!هره بیر قهرمان اولدو

!سن اولاسان گولوستان
!سنه هرآن جان قوربان
سنه مین بیر محبت
!سینه‌مده توتموش مکان

ناموسونو حیفظ اتمه‌یه
بایراقینی یوکسلتمه‌یه
جومله گنجلر موشتاقدیر
!شانلی وطن! شانلی وطن

!آذربایجان، آذربایجان
!آذربایجان، آذربایجان

 

Poçt markası üzərində

 
2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Dövlət Himninə həsr olunmuşdur

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR