Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycan hərbi xərclərini artırır

Azərbaycan hərbi xərclərini artırır
Sakura

Azərbaycan hərbi xərclərini artırır

2020-ci ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrində bildirilib.

Bu sahələr üçün 5 milyard 826 milyon 700 min manat vəsait nəzərdə tutulub. Bu isə 2019-cu illə müqayisədə 1 milyard 70 milyon 700 min manat çoxdur.

Müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə 3 milyard 856 milyon 600 min manat yönəldiləcək. Bu isə 2019-cu illə müqayisədə 666 milyon manat artıqdır.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün isə  1 milyard 973 milyon 100 min manat ayrılacaq. Bu isə 2019-cu illə müqayisədə 404 milyon 800 min manat çoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR