Slimfit
  1. SİYASƏT

Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşünün vaxtı açıqlanıb

Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşünün vaxtı açıqlanıb
Sakura

Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının üçtərəfli görüşünün vaxtı açıqlanıb

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud ÇavuşoğluDavid Zalkaliani arasında növbəti 8-ci görüş oktyabr ayında Tbilisi şəhərində keçiriləcək.

Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə E.Məmmədyarov və D.Zalkaliani arasında Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində baş tutan görüşdə bildirilib.

Görüşdə üçtəfəli görüşlə bağlı təşkilatı məsələlər müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında XİN başçılarının son 7-ci üçtərəfli görüşü ötən ilin oktyabrın 29-da İstanbul şəhərində keçirilib.

Üçtərəfli formatda ilk görüş 2012-ci ildə Türkiyənin Trabzon şəhərində baş tutub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR