Slimfit
  1. MEDİA

"Azərbaycan gəncləri Ali Baş Komandandan döyüş əmri gözləyir" - DEPUTAT

"Azərbaycan gəncləri Ali Baş Komandandan döyüş əmri gözləyir" - DEPUTAT
Sakura

"Azərbaycan gəncləri Ali Baş Komandandan döyüş əmri gözləyir" - DEPUTAT

“Məğlubiyyətini qəbul etməyən Ermənistan növbəti təxribatlarına əl ataraq ordumuza qarşı müxtəlif qarayaxma kampaniyaları aparır”.

Ens.az xəbər verir ki, bunu KONKRET.az-a açıqlamasında deputat İqbal Məmmədov bildirib.

Deputat qeyd edib ki, hər kəsə bəlliidir ki, bu gün Ermənistanda çox ciddi demoqrafiya problemləri var:

“Bunun da səbəbi ölkədə uzun müddətdir ki, davam edən iqtisadi, siyasi və sosial sahələrdə mövcud dərin böhrandır. Erməni gəncləri öz ölkələrində iş tapa bilmədiklərinə görə digər dövlətlərə üz tuturlar. Nikol Paşinyan hakimiyyətə gəlmək üçün verdiyi vədlərin heç birini yerinə yetirmədi. Əksinə o, hakimiyyətə gələndən sonra Ermənistanda iqtisadi böhran daha da artdı. Buna görə əhalinin dövlətə və rəhbərinə inamı itib. Gənclər Ermənistan ordusunda xidmət etmək istəmir, müxtəlif yollarla hərbi xidmətdən yayınırlar. Orduya gəncləri cəlb edə bilməyən Paşinyan Suriyadan və digər şərq dövlətlərindən terrorçuları dəvət edir, Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirirlər. Təxribatlarda daha çox həmin terrorçulardan istifadə edirlər. Bu gün Ermənistan hansı addımı atırsa-atsın məğlub olduğunu yaxşı anlayır. Ona görə də fikirləri yayındırmaq üçün müxtəlif yalanlara və təxribatlara əl atır. Onların növbəti yalanı da Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi xəbəridir.Azərbaycanın başqa ölkələrdən döyüşmək üçün kimlərisə gətirməyə ehtiyacı yoxdur. Çünki bu gün hər an döyüşə hazır olan vətənpərvər və xalqına, dövlətinə bağlı olan oğullarımız, qızlarımız var”.

İqbal Məmmədov fikrini belə tamamlayıb:

“Tovuz döyüşlərindən sonra keçirilən Qrabağ aksiyası da bunu bir daha sübut etdi. Bütün bu təxribatlar və yalanlar ona dəlalət edir ki, Ermənistan Azərbaycandan qorxduğunu artıq gizlədə bilmir. Bu qorxu Tovuz istiqamətində gedən döyüşlər zamanı daha da artdı. Ermənilər yaxşı anlayır ki, bu gün Azərbaycan xalqında olan birlik və həmrəylik onlarda 1 faiz belə yoxdur. Ona görə də bu cür yalanlarla dünyanın fikirini yayındırmağa çalışırlar. Çünki Tovuz istiqamətində törətdikləri təxribatdan sonra artıq beynəlxalq aləm Ermənistanın işğalçı dövlət olduğunu qəbul etməkdədir. Ermənistan yaxşı anlamalıdır ki, bu gün bütün gənclərimiz Ali Baş Komandan cənab İlham Əliyevin döyüş əmrini gözləməkdədir. O döyüş əmri verilərsə, nəinki torpaqlarımız azad ediləcək, hətta Ermənistan dövlət kimi xəritədən silinmək təhlükəsi ilə üzləşəcək”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sabirin satiralarından seçilmiş sözlərlə qurulub bu şəkil...

Redaktor seçimi

SON XƏBƏRLƏR