Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yük daşımaları 5 faizdən çox artıb

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yük daşımaları 5 faizdən çox artıb
Sakura

Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində yük daşımaları 5 faizdən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 7980,6 min ton, yük dövriyyəsi isə 3 233,8 milyon ton-km olub, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,3 faiz və 9 faiz artım müşahidə olunub.

525.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 3 763,3 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 1 966,9 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 2 432,1 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 1 698,9 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi isə 86,3 min ton təşkiedib. Yüklərin 3607,4 min tonu və ya 45,2 faizi dəmir yolu nəqliyyatı, 2 527,5 min tonu və ya 31,7 faizi avtomobil nəqliyyatı, 1 845,7 min tonu və ya 23,1%-i dəniz nəqliyyatı ilə daşınıb.

Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 60,2%-ni və ya 4808,0 min tonunu tranzit yüklər təşkil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR