Slimfit
  1. MEDİA

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır
Sakura

Azərbaycan dövləti ölkə ərazisində vətəndaşlarının təhlükəsiz yaşamasının qarantıdır

Məlum olduğu kimi iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq mövqelərimizi ələ keçirmək məqsədilə hücuma keçməyə cəhd göstərib. Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Düşmən qüvvələrinin hücumunun qarşısı cavab tədbirləri ilə alınıb. Artilleriya, minaatan və tankların iştirakı ilə gedən döyüşlərdə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib. Ermənistanın növbəti hərbi təcavüzü nəticəsində Tovuz rayonunun  Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü yaşayış məntəqələrinə, mülki əhaliyə, infrastruktura, dövlət əmlakına maddi və mənəvi irsimizə xeyli ziyan dəyib.

Dəymiş ziyanın aradan qaldırılması məqsədilə Prezident cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərənacamın imzalanması bir daha dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını təsdiqləyir.

Dövlət başçısı cənab İlham Əliyevin Sərəncamının icrası ilə bağlı Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülməkdədir. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Ekspertlər tərəfindən hazırlanacaq və təqdim ediləcək qiymətləndirmə məlumatlarına əsasən, dinc əhaliyə, yaşayış ərazilərinə, dövlət və bələdiyyə əmlakına, təsərrüfatlara, infrastruktura dəymiş ziyanın aradan qaldırılması ilə bağlı hökumət tərəfindən Tədbirlər Planı hazırlanacaq.İlkin qiymətləndirmələrə görə, dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilib. Bununla yanaşı, düşmənin intensiv atəşi nəticəsində  kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturu da zərər görüb. Bu istiqamətdə həyata keçirilən tədbirlər dövlətimizin başçısı cənab İlham Əliyevin nəzarətindədir. Mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq, ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq, həyat tamamilə öz məcrasına qayıdacaq.

Aprel döyüşlərindən sonra da cənab Prezident anoloji sərəncam imzalayaraq yaşayış məntəqələrinə, infrastruktura dəymiş ziyanın aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirildi. Cəbhəyanı rayonlarda infrastruktur bərpa olunur, yeni qəsəbələr salınır, yeni təsərrüfatlar, müəssisələr yaradılır. "Böyük Qayıdış"ın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində görülən işlər əyani misaldır. Cocuq Mərcanlı kəndində yem emalı müəssisəsi tikilib, istixanalar və arıçılıq təsərrüfatları, inkubator məntəqəsi fəaliyyət göstərir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan dövləti öz vətəndaşının yanındadır. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda döyüşənləri, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Tovuz rayonu istiqamətində döyüşlərdə də şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır.

Belə ki,dövlət başçısı cənab İlham Əliyev tərəfindən döyüşdə şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin ailə üzvlərinə mənzil verildi. Heydər Əliyev Fondunun rəhbəri, insanların yanında olan, Azərbaycan vətəndaşının ağrısına, acısına hər zaman şərik olan, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva hər zaman olduğu kimi bu dəfə də öz humanistliyini və xeyirxahlığını bütün dünyaya nümayiş etdirərək şəhid olmuş 12 hərbçi ilə bağlı dərhal Heydər Əliyev Fonduna tapşırıq verdi.Artıq Fondun əməkdaşları həmin şəhidlərin ailə üzvləri ilə görüşlərə başlayıb və onları narahat edən problemlərin həlli istiqamətində bütün tədbirlər həyata keçirilir. Mehriban xanım bununla bir daha nümayiş etdirdi ki, cənab Prezidentimizin ən yaxın silahdaşıdır və Azərbaycan xalqını narahat edən bütün məsələlərdə öz gücünü səfərbər edir.

Təbi ki, dövlətin atdığı belə addımlar xalqla iqtidar birliyini gücləndirir. Xalq-iqtidar birliyinin möhkəmlənməsi müstəqilliyimizi əbədi edir, dövlətimizi gücləndirir və gələcəkdə torpaqlarımız işğaldan azad ediləndə orada da insanlarımız qayıdaraq öz həyat-şəraitinin yenidən qurulmasına yol açır.

                      

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarabağlı qaradərili. Foto 1870-ci illərdə, ABŞ tədqiqatçısı Corc Kennanın Qafqaza səyahəti zamanı Qarabağda çəkilib.

Redaktor seçimi

SON XƏBƏRLƏR