Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ötən ili zərərlə başa vurub

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ötən ili zərərlə başa vurub
Sakura

Azərbaycan Dövlət Tərcümə Mərkəzi ötən ili zərərlə başa vurub

Azərbaycan Dövlət Təcrümə Mərkəzi (Mərkəz) 2019-cu ili 105 min manat zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 65 min manat mənfəətlə çıxmışdı.

Ens.az “Report”-a istinadən xəbər verir ki, ötən il Mərkəzə dövlət büdcəsindən əvvəlki illə müqayisədə 3,4% çox – 1,8 milyon manat vəsait ayrılıb, qurumun əməliyyat gəlirləri isə 24 min manat (51,65% çox) təşkil edib.

Mərkəzin xərclərinə gəlincə isə, hesabat dövründə işçi heyətinə 1,2 milyon manat (13,5% çox), amortizasiyaya 111 min manat (2,6 dəfə çox), əməliyyatlara isə 631 min manat (10,75% az) xərc çəkilib.

Bu il yanvarın 1-nə Mərkəzin aktivləri, həm də balans kapitalı (öhdəlikləri yoxdur) 1,8 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,6% azdır. Bununla belə, hesabat dövründə qurumun nizamnamə kapitalı 36% artırılaraq 2 milyon manata çatdırılıb. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR