Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycan Dövlət Fortepiano Triosunun çıxışı maraqla qarşılanıb

Azərbaycan Dövlət Fortepiano Triosunun çıxışı maraqla qarşılanıb
Sakura

Azərbaycan Dövlət Fortepiano Triosunun çıxışı maraqla qarşılanıb

Sentyabrın 21-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Dövlət Fortepiano Triosu konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, “Qarabağa gedən yol” adlı konsert proqramı Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilib. Konsertdə gənc solistlər Elnarə Kəbirlinskaya (piano), Töhfə Babayeva (skripka), Səbinə İbrahimova (violonçel), Gülnaz İsmayılova (soprano) çıxış ediblər. Vətən sevgisini tərənnüm edən bəstələrin təqdim olunduğu konsert proqramı maraqla qarışlanıb.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən festival sentyabrın 26-dək davam edəcək. Festivalın proqramı Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçilərin, eləcə də T.Dokşitser adına “New life brass” kvintetinin, “Dədə Qorqud” kamera orkestrinin, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının çıxışları olmaqla 30-dək tədbiri əhatə edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR