Slimfit
  1. TARİXDƏ BU GÜN

Azərbaycan Dillər Universitetinin fəxri doktoru, Nobel mükafatı laureatı Naypol 85 yaşında vəfat etdi

Azərbaycan Dillər Universitetinin fəxri doktoru, Nobel mükafatı laureatı Naypol 85 yaşında vəfat etdi
Sakura

Azərbaycan Dillər Universitetinin fəxri doktoru, Nobel mükafatı laureatı Naypol 85 yaşında vəfat etdi

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadxar Suracprosad Naypol 85 yaşında vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Press Association” agentliyi məlumat yayıb. Naypolun həyat yoldaşı zəngin yaradıcılıqla dolu ömür sürən yazıçının onu sevən insanların əhatəsində vəfat etdiyini söyləyib.

Xatırladaq ki, V.S.Naypola 2011-ci il oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib. O, həmin il Bakı Beynəlxalq Forumunda da fəal iştirak edib.

Hind əsilli ingilisdilli yazıçı V.S.Naypol 1932-ci ildə Trinidad və Tobaqo Respublikasının Çaquanas şəhərində anadan olub.

Onun ilk kitabı “Migel küçəsi” Trinidad və Tobaqonun paytaxt küçələrində baş verən hadisələri əhatə edən hekayələr toplusudur. Yazıçıya şöhrət gətirən əsər jurnalist atasının xatirələri əsasında yazdığı “Cənab Bisvas üçün ev” romanıdır. Əsər müxtəlif dillərə tərcümə edilib. V.S.Naypol həm də “Əldəqayırma”, “Partizanlar” romanlarının müəllifidir. Onun roman, povest və hekayələrinin dəyişməz mövzusu var. Bu mövzu insanların yeni şəraitə uyğunlaşmaq uğrunda apardıqları mübarizəni əks etdirir.

V.S.Naypol 1971-ci ildə “Azad ölkədə” romanına görə Buker mükafatına, 2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Bundan əlavə, o, müxtəlif illərdə çoxsaylı ədəbi mükafatlar qazanıb. 2008-ci ildə “Times” qəzetində V.S.Naypol 1945-ci ildən bəri 50 ən böyük Britaniya yazıçısı siyahısında 7-ci sırada təsnif olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR