Slimfit
  1. CƏMİYYƏT

“Azərbaycan Dəmir Yolları”ndan maska istifadə etməyən sərnişinlərlə bağlı - Açıqlama

“Azərbaycan Dəmir Yolları”ndan maska istifadə etməyən sərnişinlərlə bağlı - Açıqlama
Sakura

“Azərbaycan Dəmir Yolları”ndan maska istifadə etməyən sərnişinlərlə bağlı - Açıqlama

“Maskanı şarf, yaylıqla əvəz edərək dəmir yolunun xidmətlərindən istifadə etmək olmaz”.

Ens.az xəbər verir ki,bu barədə Oxu.Az-a açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin mətbuat katibi Natəvan Bayramova məlumat verib. 

O bildirib ki, bəzi sərnişinlərin maska istifadə etməkdən yayınmaq istədikləri müşahidə edilir:

“Bəzən sərnişinlər tibbi maska taxmır. Maskanı şarf, yaylıq kimi vasitələrlə əvəzləyib qatarlardan istifadə etmək istəyirlər. Lakin əməkdaşlarımız karantin rejimi çərçivəsində tətbiq edilən qaydalara əsasən, buna icazə vermir. Vətəndaşlar bundan şikayətlənir. Lakin onlar başa düşməlidir ki, bu həm onların, həm digər sərnişinlərin, həm də ADY əməkdaşlarının təhlükəsizliyi üçün vacibdir.

Mayın 9-dan etibarən “Azərbaycan Dəmir Yolları”na, eləcə də qatarlara daxil olarkən, hər kəsin tibbi maskadan istifadə etməsi mütləq olaraq tapşırılıb. Bu işə Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları ciddi şəkildə nəzarət edir”.

N.Bayramova onu da qeyd edib ki, qatarlara maskasız minmək istəyən sərnişinlərin geri qaytarılmaması üçün qabaqlayıcı tədbirlər görülüb:

“Evdən çıxmaq zərurətini nəzərə alaraq, sərnişinlərimizi geri qaytarmamaq üçün ADY öz qatar heyətini əlavə tibbi maskalarla təmin edib. ADY stansiyalarına daxil olan sərnişinlər tibbi maskalarla bağlı hər hansı çətin vəziyyətlə qarşılaşdıqlarında, məsələn maskalar korlandıqda, yeni tibbi maskaya ehtiyac yarandıqda, qatar heyətinə yaxınlaşa bilərlər. Onlar qatar heyəti tərəfindən bənzər vəziyyətin təkrarlanmaması şərtilə tibbi maska ilə təmin edilirlər. Sərnişinlərimizdən xahiş edirik ki, karantin dövründə qaydalara biganə yanaşmasınlar, özlərinin və digərlərinin sağlamlığını təhlükəyə atmasınlar”.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR