Bir sıra Azərbaycan məhsullarının Çinə ixracına dair bu ölkənin "Eastern Allfriends" şirkəti ilə ilkin…
Bir sıra Azərbaycan məhsullarının Çinə ixracına dair bu ölkənin "Eastern Allfriends" şirkəti ilə ilkin razılıqlar əldə olunub.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, bu barədə "Eastern Allfriends" şirkətinin nümayəndələri ilə müxtəlif növ qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən yerli iş adamları arasında keçirilmiş görüşdə məlumat verilib.
Görüş çərçivəsində "Eastern Allfriends" şirkətinin nümayəndələri ölkəmizdə istehsal olunan çay, düyü, meyvə şirələri, spirtli içkilər və digər məhsullarla tanış olub, onlarla Çin bazarına, ölkəmizin ixrac imkanlarına dair müzakirələr aparılıb.
Mənbə: Marja.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət