Dərc edildi: Baxış sayı: 650
Azərbaycan Çin bazarından imtina etsə...
Qaynaronfo xəbər verir ki, bunu iqtisadi-ekspert Rövşən Ağayev deyib.
O, Azərbaycanın Çinlə ticarət əlaqələrinin məhdudlaşmasını daha çox hansı bazar seqmentlərinə təsirini açıqlayıb:
"Ümumi idxalın təxminən 10%-i Çindən daxil olur. Amma bazarın real tələbatını idxalın dəyərilə ölçmək aldadıcı ola bilər. Çünki ucuz idxal natural ifadədə bazarda daha həlledici payla təmsil olunur. Məsələn, ola bilər biz Türkiyə və Çindən eyni dəyərdə toxuculuq və geyim malları alaq. Amma eyni mallar Çindən 50% ucuz gəlirsə, bu halda onun bazarın tələbatının ödənməsində xüsusi çəkisi Türkiyədən 50% çox olacaq.
Dəyər ifadəsində Azərbaycanın Çindən idxalının mal qruları üzrə bölgüsü belədir:
Ərzaq və tütün - 0.9%
Oduncaq və kağız-karton məmumaltları - 1.8%
Mineral və kimyəvi məhdullar - 3.3%
Gips, keramika və daş məmulatları - 3%
Plastik kütlələr, kauçuk və rezin məmulatlar - 6.2%
Metal və metal məmulatlar - 11%
Toxuculuq və geyim əşyaları, dəri məmulatları - 15%
Maşın, mexanizm, elektrik avadanlıqları, nəqliyyat vasitələri - 50%"
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət