Azərbaycan alimlərinin məqaləsi nüfuzlu jurnalda dərc olunub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutu alimlərinin türkiyəli həmkarları ilə birgə həyata keçirdikləri beynəlxalq tədqiqatların nəticələri “Polyhedron” jurnalında dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Elektrokimyəvi tədqiqatların sintezi, xarakteristikası, kristal quruluşu və glioksilik turşusunun tiosemikarbazon tərkibli metal komplekslərinin bioloji qiymətləndirilməsi” sərlövhəli məqalə tiosemikarbazonun qlioksil turşusu ilə metal komplekslərinin sintezi, kristal strukturunun müfəssəl təhlili, elektrokimyəvi tədqiqatlar və bioloji fəallığının öyrənilməsinə həsr olunub.
Qeyd edək ki, 1982-ci ildən dərc olunan “Polyhedron” jurnalında qeyri-üzvi kimyanın bütün sahələrinə dair fundamental, eksperimental və nəzəri işlər yer alır. Dərgi “Thomson Reuters” beynəlxalq bazasında referatlaşdırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət