Slimfit
  1. ELM

Azərbaycan alimi Hindistan elmi jurnalının redaksiya heyətinə üzv seçilib

Azərbaycan alimi Hindistan elmi jurnalının redaksiya heyətinə üzv seçilib
Sakura

Azərbaycan alimi Hindistan elmi jurnalının redaksiya heyətinə üzv seçilib

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Bədirxan Əhmədli Hindistanın "Beynəlxalq Ədəbiyyat və İncəsənət" jurnalının redaksiya heyətinə üzv seçilib.

AZƏRTAC xəbər verir ki, jurnal bu qərara tədqiqatçının Rabindranat Taqor məqaləsi ilə tanışlıqdan və müəllifin beynəlxalq konfranslarda etdiyi məruzələrdən sonra gəlib. Bədirxan Əhmədli artıq bir neçə ildir ki, Asiya xalqlarının ədəbiyyatı ilə məşğul olur. Bu məqsədlə Çin, Hindistan, Pakistan kimi ölkələrdə dəfələrlə məruzə ilə çıxış edib, yaxud konfranslarda məqalələri dərc olunub. Redaksiyadan Bədirxan Əhmədliyə göndərilən məktubda qeyd olunur ki, bundan sonra o, həm də jurnalın ekspertlərindən biri kimi fəaliyyət göstərəcək. Bu da nəşrin beynəlxalq aləmdə akademik nüfuzunu daha da artırmağa xidmət edəcək. Eyni zamanda, filologiya sahəsində müəyyən məqalələri təqdim edə və onlara rəylər verə bilər.

Qeyd edək ki, “Beynəlxalq Ədəbiyyat və İncəsənət” jurnalı iki ayda bir dəfə Hindistanda ingilis dilində nəşr edilir. Jurnalda ədəbiyyat, ədəbiyyat nəzəriyyəsi, folklor, uşaq ədəbiyyatı, incəsənət tarixi, mədəniyyət və sənət məsələlərinə aid elmi məqalələr dərc olunur, mütəxəssislərin və alimlərin əldə etdiyi elmi nailiyyətlər öz əksini tapır. Bədirxan Əhmədli elmi jurnalın redaksiya heyətində yer alan ilk Azərbaycan alimidir. Alimin Asiya xalqları ədəbiyyatı kontekstində araşdırmaları artıq bir neçə ölkənin nüfuzlu elmi jurnallarında nəşr edilib. Görkəmli hind şairi, yazıçı və dramaturqu, Nobel mükafatı laureatı Rabindranat Taqorun həyat və yaradıcılığı haqqında iri həcmli monoqrafiyasını bu il tamamlamaq üzrədir. Bununla yanaşı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ədəbi siyasətinə uyğun olaraq həmin ölkələrdə Azərbaycan ədəbiyyatının təbliği sahəsində də müəyyən işlər görmək baxımından ədəbi əlaqələrini daha da genişləndirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR