Dərc edildi: Baxış sayı: 683
Azərbaycan 600 kilometr məsafədə hədəfi müəyyən edən SİLAH ALIB
Ukrayna Azərbaycan ordusunun arsenalındakı “Kolçuqa” komplekslərini təmir və modernləşdirib.
Ens.az Modern.az-a istinadən xəbər verir ki, “Kolçuqa” avtomatlaşdırılmış radiotexniki kəşfiyyat sistemidir.
Passiv radiolokasiya stansiyası 600 kilometr məsafəyə qədər yerüstü hədəfləri müəyyən etməyə və izləyəm imkan verir. “Kolçuqa” sistemləri həmçinin, 10 kilometr hündürlükdəki hədəfləri də müəyyən etmək qabiliyyətinə malikdir.
Akitv şüalanması olmadığı üçün “Kolçuqa” sistemlərinin düşmənin radioelektron mübarizə vasitələri tərəfindən aşkar olunması ehtimalı çox aşağıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət