Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan 2019-cu ilin 11 ayı ərzində ixrac etdiyi qeyri-neft məhsullarının həcmi 2018-ci ilin göstəricisindən çoxdur

Azərbaycan 2019-cu ilin 11 ayı ərzində ixrac etdiyi qeyri-neft məhsullarının həcmi 2018-ci ilin göstəricisindən çoxdur
Sakura

Azərbaycan 2019-cu ilin 11 ayı ərzində ixrac etdiyi qeyri-neft məhsullarının həcmi 2018-ci ilin göstəricisindən…

Azərbaycan 2019-cu ilin yanvar-noyabr aylarında $1 mlrd. 781 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 16% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Qeyd etmək lazımdır ki, 2019-cu ilin 11 ayı ərzində qeyri-neft məhsullarının ixrac göstəriciləri 2018-ci ilin göstəricilərindən 5,4% çoxdur.

Hesabat dövründə ixracın strukturunda əsas həcm pomidor ($166,7 mln. – artım 2,8%), qızıl ($157,7 mln. – artım 47,1%), çiyidli pambıq ($107,4 mln. – artım 53,2%), təmizlənmiş fındıq ($113,5 mln. – artım 41,5%), elektrik enerjisi ($76 mln. – artım 16,9%), polietilen ($59,1 mln. – azalma 13,1%), polipropilen ($57,1 mln. – artım 14,9 dəfə), metanolun ($63,5 mln. – artım 76%), payına düşüb.

Yanvar-noyabr aylarında Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($622,3 mln. – artım 12,04%), Türkiyə ($363,3 mln. - artım 13,07%), Gürcüstan ($150,6 mln. – artım 28,6%), İsveçrə ($164 mln. – artım 32,9%) və Ukrayna ($46,3 mln. – artım 26,5%) daxil olub.

Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 34,9%-i RF-nin payına düşüb.

2018-ci ildə Azərbaycan $1 mlrd. 689 mln. məbləğində qeyri-neft məhsulları ixrac edib.

İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $3 mlrd.-ı ötəcək. **

B.Rüstəmbəyov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR