Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycan 11 ayda 23 milyard kubmetrdən çox təbii qaz ixrac edib

Azərbaycan 11 ayda 23 milyard kubmetrdən çox təbii qaz ixrac edib
Sakura

Azərbaycan 11 ayda 23 milyard kubmetrdən çox təbii qaz ixrac edib

Bu ilin yanvar-noyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 23 milyard 522 milyon 163,88 min kubmetr həcmində təbii qaz ixrac edib.

Ens.Az-ın məlumatına əsasən,bu barədə “Report” Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 7 milyard 604 milyon 209,14 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,5 %, dəyəri isə 40,5 % azdır.

Azərbaycanın ümumi ixracında təbii qazın payı 31,24 % olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon ABŞ dolları ixracın, 18 milyard 771,69 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 % azalıb, idxal isə 18,7 % artıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR