Azarkeşlər Ronalduya görə təzminat alacaqlar
Koreyadan olan iki azarkeş Cənubi Koreyanın K Liqası ulduzları yığmasının iyulda Seulda keçirilmiş matçında "Yuventus"un hücumçusu Kriştuanu Ronaldunun qarşılaşmada iştirak etməməsinə görə 313 ABŞ dolları təzminat alacaqlar.
Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.
Məlumata görə, matçın təşkilatçısı “The Fasta Inc” şirkəti əvvəlcə bildirib ki, Ronaldu ən azı matçın bir hissəsində oynayacaq, ancaq portuqaliyalı ehtiyat oyunçular skamyasında əyləşərək bütün matç boyu meydançaya çıxmayıb.
Qarşılaşmanı təxminən 63 min azarkeş izləyib. Onların çoxu Ronaldunun meydançaya çıxmamasından narazı qalıblar. Bəzi azarkeşlər hətta maddi və mənəvi zərər tələbi ilə məhkəməyə müraciət ediblər. Xüsusi halda, iki azarkeş biletin qiymətini (59 ABŞ dolları) və mənəvi zərəri (847 ABŞ dolları) ödəmək tələbi ilə məhkəmədə iddia qaldırıblar.
Məhkəmə “Fasta Inc”ın bilet üçün azarkeşlərə 59 ABŞ dolları, mənəvi təzminat kimi 252 ABŞ dolları – ümumilikdə 313 ABŞ dolları ödəməsi barədə qərar çıxarıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət