AZAL Dubaydan çarter reysi yerinə yetirib
Bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır
İyulun 8-də Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Dubaydan çarter reysi yerinə yetirərək 186 həmyerlimizi vətənə çatdırılıb. Ens.az xəbər verir ki, bu barədə AYNA-ya “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, yalnız reysdən əvvəl 48 saat ərzində koronavirus COVID-19-a dair testin mənfi nəticəsi barədə arayışı təqdim edən sərnişinlər uçuşa buraxılıb. Qeyd edilən reyslə gələn bütün sərnişinlər iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.
“Qeyd etməliyik ki, AZAL-ın çarter reysləri Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun qaydada yerinə yetirilir”, - deyə məlumatda vurğulanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət