Dərc edildi: Baxış sayı: 595
"Azadlıq"da tarixi bina sökülür? - Komitə açıqladı
Sosial şəbəkələrdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 117 ünvanında yerləşən, 1940-60-cı illərdə inşa edilmiş tarixi binanın sökülməsi ilə bağlı yayılan məlumatlar əsassızdır.
Axar.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi məlumat yayıb.
Bildirilir ki, sözügedən ünvanda yerləşən əmlak kompleksi Komitənin İstehsalat və Xidmət Müəssisələri İdarəetmə Mərkəzinin balansındadır. Əmlak kompleksinin daşınmaz əmlakı 1 ədəd 5 mərtəbəli, 4 ədəd 1 mərtəbəli tikililərdən ibarətdir. Hazırda bina və tikililər istifadəsizdir, binanın sökülməsi nəzərdə tutulmur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət