Slimfit
  1. AZƏRBAYCAN

Azad Rəhimovun İrana səfəri başlayıb

Azad Rəhimovun İrana səfəri başlayıb
Sakura

Azad Rəhimovun İrana səfəri başlayıb

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri başlayıb.

ONA-nın Tehran bürosunun  məlumatına görə, A.Rəhimovu  İranın gənclər və idman nazirinin müavini Əbdülhəmid Əhmədi və Azərbaycanın Tehrandakı səfiri Bünyad Hüseynov qarşılayıb.
İki günlük səfərdə A.Rəhimov iranlı həmkarı Məsud Sultanifərlə görüşəcək. Günün ikinci yarısında A.Rəhimovun başçılıq etdiyi nümayəndə heyəti Azadi stadionuna baxış keçirəcək.

A.Rəhimov Tehrana səfər çərçivəsində Milli Olimpiyada Komitəsinin rəhbəri Rza Salehi  Əmiri ilə də görüşəcək. 
Qeyd edək ki, sabah axşam Azərbaycan və İranın gənclər və idman nazirlərinin iştirakı ilə Azərbaycanın Tehrandakı səfirliyində şam ziyafəti təşkil olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR