Slimfit
  1. CƏMİYYƏT

Azad Rəhimov: "Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq"

Azad Rəhimov: "Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq"
Sakura

Azad Rəhimov: "Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq"

"Biz çox sevinirik ki, akademiyada növbəti və sonuncu idman zalı təhvil verildi. Burada yenidənqurma və təmir işləri aparılıb. Hər şey bütün standartlara uyğundur. Bizim ən məşhur, tanınmış, sevilən və xalqımıza medallar bəxş edən idman növünün də akademiyada öz zalı var".

Ens.az "Report"-a istinadən xəbər verir ki, bu fikirləri Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında güləş zalının açılışından sonra jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, akademiyanın təmiri  95-96 faiz yekunlaşıb. "İstəyirik ki, zallara və auditoriyaya tələbələrimiz qayıtsın, təhsil prosesi başlasın. Amma yenə də yoluxma hallarının olduğunu görürük. Təklif etmişik və hazırda Təhsil Nazirliyi ilə danışıqlar aparılır ki, oktyabra və ya noyabra qədər bütün dərslər onlayn keçirilsin. Bu il akademiyanın qabiliyyət imtahanı olmayıb. Qabiliyyət imtahanına 4 mindən artıq şəxs yığışır. Biz onu ləğv etdik".

Rəhimov güləş və digər idman növlərinin federasiyalarının daxili yarışları keçirmək üçün nazirliyə müraciət etdiyini söyləyib: "Tək güləş yox, digər idman növləri də noyabr-dekabr aylarında yerli çempionat keçirmək istəyirlər. Çox istərdik ki, bu yarışlar baş tutsun. Hazırda Nazirlər Kabineti yanında Operativ Qərargahla birlikdə böyük Proqram hazırlayırıq. Bu, həm də fitness və idman zallarının açılmasına aiddir. Burada müxtəlif tələblər və meyarlar nəzərdə tutulub. Qəbul olunsa, sözsüz ki, bizim üçün də çempionatları keçirmək çox vacibdir. İdmançı bir ay evdə qalsa, ona bərpa üçün 3-4 ay vaxt lazımdır. Bu isə çətinlik yaradır. Yarış praktikası yoxdursa, bu, həqiqətən də onun gücünü, təcrübəsini məhv edir. Əlimizdən gələni edəcəyik ki, çempionatları təşkil edək".

Nazir noyabrın ortalarında Milli Paralimpiya Komitəsinin təklifi ilə paracüdo üzrə Qran-prinin Bakıda keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, artıq 15 ölkə qeydiyyatdan keçib: "Həmin vaxtadək ümumi situasiya ilə tanış olacağıq və proqram qəbul olunsa, yarış Azərbaycanda gerçəkləşəcək". 

Nazir hazırda yarışlara azarkeşlərin buraxılması məsələsinin gündəmdə olmadığını vurğulayıb: "Biz ilk olaraq, istəyirik ki, yarışlar olsun. Azarkeşlərin iştirakını nəzərdə tutmamışıq. Bu gün 47 olimpiya kompleksi istifadəyə verilib. Hamısı işlək vəziyyətdədir və qapıları açıqdır. Qeyri-olimpiya idman növlərini də hazırlıq prosesinə cəlb etmişik. Elan etmişik ki, onlar üçün də təlim-məşq toplanışlarını təşkil etməyə hazırıq". 

Rəhimov qeyri-olimpiya növləri ilə məşğul olan idmançıların başqa sahələrə üz tutması barədə isə bunları deyib: “Təəssüf ki, onların maaşlarını verməyə imkan yoxdur. Bu, tamamilə qadağan olunmuş məsələdir. Onlara əlimizdən gələn köməyi etməyə hazırıq. Bizim addımlarımız yalnız zalların qapılarını onların üzünə açmaqdan ibarət ola bilər”.

 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR