Dərc edildi: Baxış sayı: 408
“Az-Nar”ın səhmdarlarının yığıncağı keçiriləcək
Oktyabrın 22-si saat 12:00-da ləğv prosesində olan Teymur Əhmədov adına “AZNAR” QSC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Göyçay şəhəri, Natəvan küçəsi, 120 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Az-Nar”ın ləğv olunması ilə bağlı yekun sənədlərin təsdiq edilməsi, qanunamüvafiq tədbirlərin həyata keçirilməsi məsələləri daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət