Slimfit
  1. AZƏRBAYCAN

Aydın Səfixanlı: Prezident İlham Əliyevin 15 illik hakimiyyəti dövründə vətəndaşların rifah halının yaxşılaşdırılması üçün böyük işlər görülüb

Aydın Səfixanlı: Prezident İlham Əliyevin 15 illik hakimiyyəti dövründə vətəndaşların rifah halının yaxşılaşdırılması üçün böyük işlər görülüb
Sakura

Aydın Səfixanlı: Prezident İlham Əliyevin 15 illik hakimiyyəti dövründə vətəndaşların rifah halının…

Prezident İlham Əliyevin 15 illik hakimiyyəti dövründə Azərbaycanın dayanıqlı və dinamik inkişafının əsasını demokratik, hüquqi, sosial dövlət ideyası təşkil edib, ölkə vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və onların rifah halının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı fəaliyyət aparılıb.

Bunu Trend-ə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Müasir dövrdə dövlətlərin demokratiklik əmsalının dövlətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi, sosial-iqtisadi inkişaf göstəriciləri ilə müəyyənləşdiyini söyləyən Aparat rəhbəri əlavə edib ki, dövlətimizin başçısı ilk gündən hakimiyyətin xalqa xidmət vasitəsi olduğunu və hər bir dövlət məmurunun xalqın xidmətçisi olduğunu bəyan edib. Dövlət başçısının siyasi iradəsi nəticəsində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində real mexanizmlər yaradılıb və bu mexanizmlər hazırda uğurla fəaliyyət göstərməkdədir.

A.Səfixanlı Prezident İlham Əliyevin fəaliyyətinin başlıca qayəsinin insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə yönələn siyasi-hüquqi və sosial-iqtisadi islahatların təşkil etdiyini də söyləyib.

O qeyd edib ki, demokratik hüquqi quruculuq yolunu tutmuş dövlət daim ictimai etimadı doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə yönələn siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməyə çalışır.

Ombudsman Aparatının rəhbəri bildirib ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və hüquqi dövlət quruculuğuna yönələn cəhdlər əsasən uğursuzluqla nəticələnir: "Çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi ilə bir araya sığmır. Demokratik proseslərin davamlı şəkildə aparılmadığı hansısa dövlətin iqtisadi sahədə davamlı və yüksək nəticələr əldə etməsi, beynəlxalq arenada layiqli yerini tutması, dünya birliyinə inteqrasiyası mümkün deyil".

O, Azərbaycan Prezidenti İlham Əliyevin islahatlar apararkən məhz bu reallıqları nəzərə aldığını vurğulayıb.

Prezident İlham Əliyevin hər iki təmayülə vəhdət şəklində yanaşılmasını vacib saydığını vurğulayan A.Səfixanlı əlavə edib ki, dövlətimizin başçısı ölkənin uzunmüddətli inkişafını məhz demokratik və iqtisadi islahatların paralel şəkildə davam etdirilməsi şərtilə real hesab edir.

Ombudsman Aparatının rəhbəri Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi nəticəsində ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha sistemli, genişmiqyaslı və səmərəli həyata keçirildiyini xüsusi qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR