Slimfit
  1. DÜNYA

Ayda çəkilən görüntülər hərraca çıxarılıb - səhvən 217 dollara satılmışdı...

Ayda çəkilən görüntülər hərraca çıxarılıb - səhvən 217 dollara satılmışdı...
Sakura

Ayda çəkilən görüntülər hərraca çıxarılıb - səhvən 217 dollara satılmışdı...

"Apollo 11-in aya enişinin bu günə qədər qalan ən yaxşı NASA video kaseti qeydləri Nyu-Yorkdakı açıq hərracda 1.8 milyona satıldı".

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı "Sotheby's" hərrac evi sosial mediada paylaşıb. Bu günə qədər qorunan 3 orijinal kasetdə cəmi 2.5 saatlıq görüntü mövcuddur. Görüntülərdə Nil Armstonqun Aya ilk ayaq basdığı anlar və ABŞ-ın o zamandakı prezidenti Riçard Niksonun nitqi yer alır.

Görüntülərin olduğu kasetlər 1976-cı ildə NASA təcrübəçisi Qari Corca bir səhv nəticəsində digər 65 kasetin içində 217 dollar 77 sentə satılmışdı. NASA-dan aldığı kasetlərin bəzilərini yerli televiziya kanallarına satan Corc bu 3 kaseti atasının tövsiyyəsi ilə özündə saxlamışdı. Aya ayaq basılmasının 50-ci ildönümü münasibəti ilə NASA bu kasetlərin axtarışına çıxmış, bu zaman Corc həmin kasetlərin əlindəki kasetlər olduğunu anlamışdı.

 
 
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR