Slimfit
  1. TÜRKİYƏ

Ayasofya məscidinin ilk axundu bosniyalı olacaq

Ayasofya məscidinin ilk axundu bosniyalı olacaq
Sakura

İyulun 24-də cümə namazı qılınacaq

Bu yaxınlara qədər muzey kimi fəaliyyət göstərən və İstanbulun simvolu olan Ayasofya məscidinin əsas axundu iyulun 24-də (cümə namazı) orada ilk namazını qılacaq milliyətcə bosniyalı olan Fərrux Muştuer olacaq. 

Məlumata görə, Muştuer 1971-ci ildə Türkiyədə Bosniya ailəsində anadan olub, bosniyada dilində səlis danışır və mütəmadi olaraq tarixi vətəninə baş çəkir.

Xatırladaq ki, iyulun 10-da Türkiyə hakimiyyəti Ayasofyanın muzey statusunu ləğv edib məscidə çevirdi və bu, bir sıra xristianlar tərəfindən dünya pravoslavlığına zərbə kimi qiymətləndirildi.

Məsələn, Moskva Patriarxlığının Xarici Kilsələr Əlaqələri İdarəsinin sədri İllarion Volokolamskiy deyib: "Qərar bu ölkənin xristian dünyası ilə münasibətlərinə şübhəsiz təsir edəcək, çünki bir neçə dəfə, hətta son günlərdə də bir çox xristian ölkələrinin liderləri Türkiyə rəhbərliyini belə bir qərar qəbul etməməyə çağırırdı”. "Bu Məbədin Rus Pravoslav Kilsəsi üçün böyük məna kəsb etdiyini” vurğulayan Müqəddəs Moskva və Bütün Rus Patriarxı Kirill tərəfindən də Türkiyə hökumətinin qərarı etirazla qarşılanıb. 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan bu məsələnin türk xalqının səlahiyyətinə aid olduğunu və xarici dövlətlərin Türkiyə vətəndaşlarının mövqeyinə hörmətlə yanaşmaları lazım olduğunu vurğulayıb. "Bu, Türkiyənin daxili işidir və bütün digər ölkələr xalqımızın mövqeyinə hörmətlə yanaşmalıdırlar" deyə siyasətçi bildirib.

Mənbə: rg.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR