Slimfit
  1. MARAQLI

Ayaqlarınız islanıbsa xəstələnməmək üçün bunları edin!

Ayaqlarınız islanıbsa xəstələnməmək üçün bunları edin!
Sakura

Ayaqlarınız islanıbsa xəstələnməmək üçün bunları edin!

Soyuq və yağışlı havada ayaqların islanması bir çox problemlərə yol aça bilər.

İlk növbədə bu soyuqdəymə xəstəliklərinin, zökəmin inkişafı ilə təhlükəlidir. Ayaqların soyuqlaması immun sisteminin kəskin zəiflənməsinə səbəb olur ki, nəticədə orqanizmin mikrob və infeksiyalara qarşı davamlılığı azalır.

Digər tərəfdən bu sidik-cinsiyyət sistemi üçün təhlükəlidir. Sistit, qadınlarda yumurtalıqların iltihabı, kişilərdə prostatit və s. problemlər bu fonda kəskinləşə bilər.

Ayaqların həddindən artıq soyuması işias, radikulit kimi xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər.

Bu səbəbdən ayaqlarınızı daim isti saxlamağa çalışın. Əgər siz yağışa düşmüsünüzsə, evə qayıtdıqdan dərhal sonra isti ayaq vannasını edin. Suya 2 xörək qaşığı xardal əlavə edin. 10 dəqiqədən sonra ayaqlarınızı yaxşı qurulayın və isti corab geyinin. Corabın içinə bir az xardal tökmək olar.

Soyuğun orqanizmə olan mənfi təsirini azaltmaq üçün zəncəfilli çay için. Bu çay immun sisteminə çox yaxşı təsir edir. 3-4 sm uzunluqda təzə zəncəfil kökünü sürtgəcdən keçirin, üzərinə 1 stəkan qaynar su tökün, 20 dəqiqə ərzində dəmləyin. Sonra dəmləməni süzün, 1 çay qaşığı bal və 1 dilim limon əlavə edib için.

 

Mənbə: Saglamolun.Az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Müasir qumbaraatanın prototipi XV əsrdə hazırlanıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR