Slimfit
  1. CƏMİYYƏT

Avtovağzaldan qaçırılan avtomobil 4 gün sonra yerinə qaytarıldı

Avtovağzaldan qaçırılan avtomobil 4 gün sonra yerinə qaytarıldı
Sakura

Avtovağzaldan qaçırılan avtomobil 4 gün sonra yerinə qaytarıldı

Bakıda avtomobil qaçırılıb.

Report”un xəbərinə görə, hadisə yanvarın 29-da, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin dayanacağında qeydə alınıb.

Belə ki, naməlum şəxs Biləcəri qəsəbə sakini M.Babayevə məxsus “Mercedes” markalı avtomobili qaçırıb.

Daha sonra bu barədə M.Babayevin anası Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edib.

Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsində aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin avtomobil Ağdam rayon sakini, 1984-ci il təvəllüdlü T.Cəfərov tərəfindən qaçırılıb. O, fevralın 2-də isə qaçırdığı “Mercedes” markalı avtomobili həmin yerə gətirərək ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR