Slimfit
  1. AVTO VƏ MOTO

Avtomobil istehsalçıları dizeldən imtina etdilər: ilk şokedici nəticələr

Avtomobil istehsalçıları dizeldən imtina etdilər: ilk şokedici nəticələr
Sakura

Avtomobil istehsalçıları dizeldən imtina etdilər: ilk şokedici nəticələr

Ens.azMail.ru-a istinadən xəbər verir ki, Britaniya nəşri Autocar hansı dünya istehsalçılarının modellərinin dizel versiyalarının satışının dayandırdığını hesablayıb.

Görünür, Avropa tezliklə ona xarakter dizel qoxusundan xilas olacaq. Bu texnologiyaya Dizelqeyt, nəzarətçilərin sanksiyaları və bütün sonrakı hücumlar öz faydasını verdi: dizelə olan tələb bütün dünya üzrə aşağı düşdü və bu xüsusilə Köhnə dünyada hiss olundu. Avtomobil şirkətləri dərhal reaksiya verdilər - bir çox modellərin yeni nəsillərində dizel sadəcə nəzərdə tutulmayıb.

Məsələn: Fiat özünün 500x kompaktvenini yenilədi, eyni zamanda da 3 slindrli dizeli benzin mühərriki ilə əvəz etdi. Bu Fiat Chrysler konserninin 2020-ci ilə qədər kommersiya texnikasından başqa bütün modellərdə dizeldən tam olaraq imtina etmək strategiyası çərçivəsində baş verir. Yeni nəsil Honda CR-V 7 yer və hibrid ötürücü əldə edti və həmçinin ilk dəfə (görünür həmişəlik) dizel mühərrikli model buraxılmadı.

Mitsubishi modellərində elektriki tətbiq edir, buna görə də ASX və Outlander modellərində dizeldən imtina etməyin vaxtı çatdı. Sonuncu artıq PHEV hibrid versiyasında var, ASX isə konveyerdə son günlərini yaşayır. Porsche bu yaxınlarda dizel modifikasiyasının buraxılmasını dayandırdığını elan etdi - bu Macan və Panamera modellərinə aiddir, yeni Cayenne üçün isə dizel modifikasiyası ümumiyyətlə təqdim edilmədi. Amma alman markalı hibridlər əla satılır.

Dizeldən imtina edən avropa maşınlarına Skoda Fabia və Opel Corsa, həmçinin sedan Seat Toledo da daxil oldu. Maraqlıdır ki, aktual xəttində çoxlu dizel seçimi olan Volvo da bildirib ki, V60 buraxılışından sonra ağır yanacaq mühərriklərində olan mühərriklərin istehsalını dayandırır, hibrid və elektrik güc quraşdırmasının təkmilləşdirilməsində fikrini cəmləşdirəcək.

Nəhayət, digər yaponlar. Toyota Avropda dizeli ancaq yolsuzluq avtomobillərində saxlayır, Camry, Verso və RAV 4  modellərini isə benzin və elektrikə keçirir. Rusiyada Subaru həmişə yüklənmiş versiyada, Avropada isə dizel versiyasında olub. Amma sonuncu modellər Subarunun bütün saytlarından konfiquratorlardan itib və görünür onlar qayıtmayacaq. Suzuki ən azı İngiltərədə DDiS etiketli Vitara və SX4 modellərinin satışlarını alt-üst etdi, amma trend artıq məlumdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR