Slimfit
  1. AZƏRBAYCAN

Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? - AÇIQLAMA

Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? - AÇIQLAMA
Sakura

Avtobusların kart sisteminə keçirilməsi sürətləndiriləcək? - AÇIQLAMA

Ölkə üzrə koronavirus təhlükəsi ilə mübarizə çərçivəsində bir sıra tədbirlər görülür. İnsanların bir-biri ilə təması, ünsiyyəti minimuma endirilir. Xüsusilə 65 yaşdan yuxarı şəxslərin isə evdən çıxması qadağan edilib.

Lakin maraqlı məqamlardan biri bəzi sərnişindaşıma avtobuslarında hələ də ödənişin nəğd qaydada aparılmasıdır.

Ölkə üzrə bütün sərnişindaşıma avtobuslarının kart sisteminə keçirilməsi istiqamətində tədbirlər davam etdirilirdi.

Bəs görəsən mövcud vəziyyətlə əlaqədar olaraq, bu prosesin bir qədər sürətləndirilməsi gözlənilirmi?

Məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, avtobus xətlərinin “BakıKart”a inteqrasiyası ilə bağlı işlər plana uyğun şəkildə davam etdirilir:

“Hazırda əsas diqqət əksepidemik tədbirlərə yönəldilməsinə baxmayaraq, bu istiqamətdə də tədbirlər görülür. Nəzərinizə çatdırım ki, bütün həyat əhəmiyyətli qurumlarda olduğu kimi bizdə də işlər xüsusi karantin rejiminin şərtləri nəzərə alınmaqla davam etdirilir. Eyni zamanda bu cür epidemik vəziyyət özü də bir daha sübut edir ki, nağdsız ödəniş sistemlərinin tətbiqi zəruridir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR