Slimfit
  1. AVTO VƏ MOTO

Avto Klub Azərbaycan

Avto Klub Azərbaycan
Sakura

Avto Klub Azərbaycan

AVTOKLUB AZƏRBAYCAN Klubu 19 iyun 2017-ci il tarixində Gəncə şəhərində Facebook sosial şəbəkəsi üzərində qurulub. Klub Gəncə şəhərindən idarə olunur. Klubun qurucusu və baş administratoru, mən Natiq Əliyev, Gəncə şəhəri üzrə moderatoru Xaliq Əliyev, Bakı şəhəri üzrə administratoru Tural Hacızadə, moderatoru isə Səbuhi Xudazadədir. Klub müxtəlif sosial tədbirlərdə iştirak edir və özü də müəyyən tədbirlər təşkil etməyi planlaşdırır. Burada siz avtomobillərin yaranma tarixi haqqında Azərbaycan dilində geniş məqalələr ilə, YHQ və İXM-də edilmiş dəyişikliklər barədə tanış ola bilərsiniz. 10 yanvar 2019-cu il tarixində Klub Nizamnaməsi yaradıldı. Bu Nizamnamə ilə Klub qaydaları tənzimlənir. Nizamnamə 6 maddədən və alt maddələrdən ibarətdir.

Natiq Əliyev - Avto Klub Azərbaycanın təsisçisi

Necə oldu ki, AvtoKlub Azərbaycan yaradıldı?

Bir neçə il öncə Bakı şəhərində Facebook sosial şəbəkəsi üzərində yaradılmış avtomobil klublarına rast gəldim. Onların klub üzvləri ilə keçirdikləri görüşləri gördüm. Həmin görüşlərin şərh bölməsində isə Gəncədən və Gəncəbasar bölgələrindən olan bəzi sürücülərin yazdığı fikirlər diqqətimi çəkdi: fikirlərdə qeyd olunurdu ki, “heyif ki, uzaqdır, gəlməyə imkan və ya vaxt yoxdur”. Bu fikirlər mənə çox təsir etdi və özüm də avtomobil həvəskarı olduğumdan düşündüm ki, niyə də Gəncə şəhərində belə bir klub olmasın. Bütün həvəskar sürücüləri və avtomobil ustalarını bir araya toplayım. Beləliklə, 19 iyun 2017-ci il tarixində digər klublardan fərqli bir klub yaratmaq qərarına gəldim. Beləliklə, istənilən avtomobil sahibi, həvəskarlarını bir araya toplamaq üçün klubu yaratdım və AVTOKLUB AZƏRBAYCAN adlandırdım. Yəni, bu ad altında respublikamızda və respublikadan kənarda yaşayan istənilən model sahibi klubun üzvü ola bilər.

Kluba üzv olmaq üçün nə etmək lazımdır?

Klubumuza üzv olmaq çox sadədir: belə ki, kluba üzv olmaq könüllü və ödənişsizdir. Klubun Namizəd olaraq yaşı 18-ə çatmış istənilən Azərbaycan Respublikasının vətəndaşı qəbul edilə bilər. Ayrı-ayrı hallarda Kluba daxil olmaq üçün minimum yaş həddinin məhdudlaşdırılmasında istisnalar mümkündür. Üzvlük qaydaları daha ətraflı Klub Nizamnaməsinin 2 və 6-cı maddələrinin alt maddələrində qeyd olunub.

 

Linklər:

Avto Klub Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR