Slimfit
  1. İDMAN

Avstriyalı ekstremal idmançı yeni dünya rekordu müəyyən edib

Avstriyalı ekstremal idmançı yeni dünya rekordu müəyyən edib
Sakura

Avstriyalı ekstremal idmançı yeni dünya rekordu müəyyən edib

Avstriyalı ekstremal idmançı Mixael Ştrasser yeni dünya rekordu müəyyənləşdirib. Alyaskadan Pataqoniyaya qədər 22 min 642 kilometrlik məsafəni velosipedlə 84 günə qət edən idmançı “Ice2Ice” layihəsini uğurla başa vurub.

AZƏRTAC xəbər verir ki, vətəni Avstriyada böyük coşqu ilə qarşılanan idmançı bu məsafəni əvvəlki rekordun sahibi şotlandiyalı Dean Skottdan 15 gün tez başa vurub. Amerika qitəsini şimaldan cənubadək velosipedlə qət edən M.Ştrasser yürüş ərzində ümumi hündürlüyü 168 min metr olan yüksəklikləri aşıb.

Otuz beş yaşlı idmançı yürüşə Argentinanın cənubunda yerləşən Uşuaya şəhərində yekun vurub. Turun sonuna yaxın ekstremal hava şəraiti, çovğun, əks istiqamətdən əsən güclü külək, yüksəklikdən asılı olaraq isti və soyuq havanın bir-birini əvəzləməsi onu taqətdən salsa da, güclü əzmkarlığı yeni dünya rekordunu müəyyən etməyə imkan verib.

Gün ərzində orta hesabla 268 kilometr məsafə qət edən idmançı bu layihə çərçivəsində 35 min avro məbləğində ianə də toplaya bilib. M.Ştrasser bu vəsaiti amiotrofik lateral skleroz (ALS) xəstələrini müalicə edən tibbi mərkəzlərə hədiyyə edəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR