Slimfit
  1. DÜNYA

Avstriyalı alimdən korona ilə bağlı şok proqnoz - 2022-ci ilədək...

Avstriyalı alimdən korona ilə bağlı şok proqnoz - 2022-ci ilədək...
Sakura

Bütün dünyanı sarsıdan və hazırda planetimizdə dörd milyarddan artıq insanın həyatına müxtəlif formada…

Teleqraf.com xəbər verir ki, Avstriyanın aparıcı infektioloqlarından biri, Vyana Frants Yozef Xəstəxanasının İnfeksiyalar şöbəsinin rəhbəri Xristof Veniş Avstriya Teleradiosunun (ORF) birinci kanalına (Ö1) müsahibəsində bu suala aydınlıq gətirməyə çalışıb. O, qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində koronavirus infeksiyasına qarşı ayrı-ayrı dərman preparatlarından istifadə edilir və onların bəziləri böyük ümidlər doğurur. Lakin hazırda yeddi milyard insanın yolunu gözlədiyi peyvənd ciddi elmi araşdırmaların nəticəsi olmalıdır. Həmin peyvəndin dünya bazarına çıxarılması üçün uzun zaman tələb olunur və bu, 2022-2023-cü ildən tez baş verməyə bilər.

Onun sözlərinə görə, həmin vaxta kimi normal gündəlik həyata tam şəkildə geri dönüş mümkün olmaya bilər və hər bir ölkə virusun yenidən geniş yayılmasını önləmək üçün tədbirlər görməyə hazır olmalıdır: "Çünki COVİD-19 yalnız peyvənd tapıldıqdan sonra aradan qalxacaq".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR