Slimfit
  1. DÜNYA

Avstriyadan Rusiya və ABŞ-a nümunə: Ölkəyə buraxmadı!

Avstriyadan Rusiya və ABŞ-a nümunə: Ölkəyə buraxmadı!
Sakura

Avstriyadan Rusiya və ABŞ-a nümunə: Ölkəyə buraxmadı!

Avstriya Xarici İşlər Nazirliyi Rayxenau şəhərində keçiriləcək Cənub-Şərqi Avropada Regional Stabillik Tədqiqat Qrupunun 20-ci seminarında qondarma Cənubi Osetiya “xarici işlər naziri” Dmitri Medoyevin iştirakına icazə verməyib.

Axar.az xəbər verir ki, bu məlumat qondarma rejimin “xarici işlər nazirliyi”nin saytında yer alıb.

Qeyd edək ki, seminar Avstriya Milli Müdafiə Akademiyası, Avstriya Müdafiə Nazirliyinin iclası ilə baş tutub. Seminarda əsas müzakirə mövzusu Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağdakı situasiya barədə olacaq. Əvvəlcədən yayılan açıqlamada Medoyevin seminarda çıxış edəcəyi bildirilmişdi.

Bundan öncə qondarma Qarabağ rejiminin “xin” rəhbəri Masis Mailyan ABŞ-a, daha sonra Rusiyaya səfər edib. Mailyanın səfəri ilə əlaqədar ABŞ səfiri Azərbaycan XİN-nə çağırılıb, Rusiyaya isə səfərlə bağlı nota verilib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR