Slimfit
  1. DÜNYA

Avstraliya sərhədlərini daha dörd ay bağlı saxlayacaq

Avstraliya sərhədlərini daha dörd ay bağlı saxlayacaq
Sakura

Avstraliya sərhədlərini daha dörd ay bağlı saxlayacaq

Avstraliya daha dörd ay sərhədləri bağlı saxlayacaq və beynəlxalq səfərlərə qadağanı uzadacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avstraliyanın baş sanitar həkimi Brendan Merfi Pandemiya Əleyhinə Parlament Komitəsində online çıxışı zamanı deyib.

“Hazırda beynəlxalq vəziyyət nəzərə alınarsa, sərhəd tədbirlərinin zəiflədilməsi çox riskli addım olardı. Mən Təhlükəsizlik üzrə Milli Komitəyə avstraliyalıların ölkədən çıxışına sərt qadağanı uzatmağı və yalnız xaricdən qayıdan vətəndaşları ölkəyə buraxmağı məsləhət gördüm”, - deyə Brendan Merfi bildirib.

Onun sözlərinə görə, virus dünyada həddən artıq aktiv yayılır və yaxın dörd ay ərzində nəzərəçarpacaq dəyişiklik gözləməyə dəyməz.

Mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometers saytının Bakı vaxtı ilə bu gün saat 12:40-a olan məlumatına əsasən, dünyada 2 milyon 646 mindən çox yoluxma və 184 min 353 ölüm faktı qeydə alınıb. COVID-19 xəstəliyindən sağalanların sayı 723 min 734 nəfərə çatıb.

Avstraliyada isə yeni koronavirusa yoluxanların sayı 6 min 600 nəfəri ötüb, 75 nəfər həyatını itirib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR