Slimfit
  1. AZƏRBAYCAN

Avstraliya mətbuatı Hikmət Hacıyevin cəbhədəki erməni təxribatı barədə bəyanatına xüsusi yer ayırıb

Avstraliya mətbuatı Hikmət Hacıyevin cəbhədəki erməni təxribatı barədə bəyanatına xüsusi yer ayırıb
Sakura

Avstraliya mətbuatı Hikmət Hacıyevin cəbhədəki erməni təxribatı barədə bəyanatına xüsusi yer ayırıb

Avstraliyanın aparıcı kütləvi informasiya vasitələri (KİV) Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin sentyabrın 27-də səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması və Azərbaycan ordusunun cavab tədbirləri ilə bağlı bəyanatını yayıb.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki, ölkənin aparıcı vibimedia.net.au, abs.net.au, sbs.com.au saytlarında və digər informasiya portallarında ingilis dilində yayımlanan materiallarda sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çiraqlı və Orta Qaravənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması barədə məlumatlar oxuculara təqdim olunur.

Geniş oxucu auditoriyasına malik vibimedia.net.au portalında yerləşdirilmiş “Ermənistanın işğalçı siyasətinin pisləyən Azərbaycan bütün dünyanın diqqətini buna yönəldir” adlı məqalədə vurğulanır ki, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx şəkildə yaşayan mülki insanları və obyektləri atəşə tutması qəsdən və hədəflənmiş şəkildə həyata keçirilib. Mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar barədə məlumatlar var. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib.

H.Hacıyevin bəyanatından gətirilən sitatda deyilir: “Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə zərbələrin endirilməsi, mülki insanların və obyektlərin iriçaplı silahlardan atəşə tutulması beynəlxalq hüquqa əsasən Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və güc tətbiq etmək aktıdır.

Azərbaycan Respublikası silahlı qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri əks-həmlə tədbirlərini həyata keçirir”.

Avstraliya KİV-ləri, həmçinin Azərbaycan Müdafiə Nazirliyinin cəbhədəki vəziyyət və erməni təxribatları barədə məlumatlarını da yayıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR