“Avroviziya”da yeni qayda: iştirakçılar hamısı qan verəcək
Bu haqda Rusiyanı müsabiqədə təmsil edəcək müğənni Sergey Lazarev Birinci kanalda yayımlanan “Veçernıy urqant” proqramına verdiyi müsahibədə bildirib.
“Bu ilin baş sponsoru iştirakçının damarlarından neçə millətin qanının axdığını müəyyənləşdirəcək konturdur”, - deyə müğənnni bildirib.
Onun sözlərinə görə, araşdırmanın nəticələri sonradan ictimailəşdiriləcək, belə ki, müsabiqə iştirakçıları müvafiq sənədləri imzalayaraq buna razılıq verib.
Lazarevin fikrinə görə, yeni qaydanın məqsədi bütün iştirakçıların eyni kökdən gəldiyini göstərməkdir.
Qeyd edək ki,mayın 14-də start götürən “Avroviziya-2019” müsabiqəsində Azərbaycanı Çingiz Mustafayev “Truth” (Həqiqət) adlı mahnısı ilə təmsil edəcək. O, ikinci yarımfinalda 18-ci çıxış edəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət