Dərc edildi: Baxış sayı: 857
Avropanın futbol çempionu vəfat edib
1960-cı ildə Avropanın futbol üzrə çempionu olmuş Viktor Ponedelnik vəfat edib.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə sabiq futbolçunun qızı Anastasya Ponedelnik məlumat yayıb.
O, özünün feysbuk səhifəsində atasının fotolarını paylaşıb. Sabiq futbolçu 83 yaşında dünyasını dəyişib.
Viktor Ponedelnik 1960-cı ildə SSRİ yığmasının heyətində Avropa çempionu olub. O, yığmanın heyətinə 1958-ci ildə daxil olub. Futbolçu 2 il sonra keçmiş Yuqoslaviya yığmasına qarşı oyunda (2:1) əlavə vaxtda "qızıl qol" vurub. Bunun nəticəsində SSRİ yığması Avropa Kubokunun qalibi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət