Slimfit
  1. DÜNYA

Avropanın ən yaşlı insanı vəfat etdi

Avropanın ən yaşlı insanı vəfat etdi
Sakura

Avropanın ən yaşlı insanı vəfat etdi

İtaliyanın və Avropanın ən yaşlı insanı sayılan Cuzeppina Robuççi 116 yaşında həyatla vidalaşıb. İtalyan qadın valideynlərinin Poco-İmperialedəki evində gözlərini əbədi yumub.

Bizimyol.info xəbər verir ki, Cuzeppina Robuççi həmin şəhərin fəxri meri sayılırdı. 2012-ci ildə bu ada layiq görülmüşdü.

Robuççi həm də dünyanın ən yaşlı ikinci qadını idi. Yapon Kane Tanaka kimi o da 1903-cü ildə doğulmuşdu. Sadəcə, Tanaka yanvarın 2-də, Robuççi isə martın 20-də dünyaya gəlib.

Poco-İmperialenin meri Alfonso D’Aloizio deyir: “Təəssüf içindəyik. Biz belə bir insanın şəhərimizdə yaşaması ilə fəxr edirik”.

Cuzeppina hər iki dünya müharibəsini görmüşdü. O, uzun illər əri ilə birlikdə trattoriyada işləyib. Cuzeppinanın 5 övladı, 9 nəvəsi, 16 nəticəsi qalıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Canavarlar 300 milyon qoxunu seçə bilirlər, insanlar isə cəmi 5 milyon

Redaktor seçimi

SON XƏBƏRLƏR