Slimfit
  1. AZƏRBAYCAN

Avropanın bir çox ölkəsinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac olunacaq

Avropanın bir çox ölkəsinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac olunacaq
Sakura

Avropanın bir çox ölkəsinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac olunacaq

“Saloğlu” mebel firmasının məhsulları daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstana da ixrac olunur.

AZƏRTAC xəbər verir ki, bunu Ağstafa rayonundakı “Saloğlu” mebel firmasının direktoru Tacəddin Mustafayev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında söyləyib.

Prezident İlham Əliyevin 2004-cü ildə firmaya məxsus yumşaq mebel fabrikinin, 2016-cı ildə isə “Modern” mebel fabrikinin açılışını etdiyini, “Venzana” mebel fabrikinin təməlini qoyduğunu xatırladan T.Mustafayev qeyd edib ki, istehsal edilən məhsullar daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstana da ixrac olunur.

Mebel firmasının direktoru bildirib ki, hazırda 400 nəfər işlə təmin olunub. Hədəf istehsal sahələrini genişləndirməklə 2500 iş yerinin açılmasıdır. Bu istiqamətdə ilkin olaraq ümumi sahəsi 17500 kvadratmetr olan yeni mebel fabrikinin tikintisinə başlanılıb. Layihənin ümumi dəyəri 25 milyon manat təşkil edir. Layihə üzrə ildə orta hesabla 31 min dəst qonaq, yataq və yumşaq mebel istehsal olunacaq. Dövlətin dəstəyi ilə layihəyə 10 milyon manat güzəştli kredit ayrılıb, dünyanın ən qabaqcıl texnoloji avadanlıqlarının alınması üçün Almaniyanın “HOMAG Group” şirkəti ilə müqavilə imzalanıb və tezliklə avadanlıqlar Azərbaycana gətiriləcək.

Tacəddin Mustafayev vurğulayıb ki, ölkəmizdə sahibkarlar üçün yaradılan əlverişli şərait nəticəsində müəssisəyə 11 milyon manat dəyərində istehsal avadanlıqlarının idxalı zamanı gömrük rüsumu və vergidən azad olunması üçün investisiya təşviqi sənədi verilib. Bundan əldə olunan vəsait istehsal fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək. “Bu, biz istehsalçılara göstərilən genişmiqyaslı dövlət dəstəyinin bir nümunəsidir. İlin sonunadək yeni mebel fabrikinin yaradılması başa çatdırılaraq 2020-ci ilin ilk rübündə Avropanın bir çox ölkələrinə “Made in Azerbaijan” brendi ilə mebel ixrac edəcəyik ki, bu da regionda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi, yüksəkixtisaslı kadrların hazırlanması ilə yanaşı, rayonumuzun ixrac potensialının artırılmasına şərait yaradacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kapri, İtaliya

Redaktor seçimi

SON XƏBƏRLƏR