Slimfit
  1. AZƏRBAYCAN

“Avropa Şurasının Azərbaycana paxıllığı tutur” – Səməd Seyidov

“Avropa Şurasının Azərbaycana paxıllığı tutur” – Səməd Seyidov
Sakura

“Avropa Şurasının Azərbaycana paxıllığı tutur” – Səməd Seyidov

Avropa Şurasının bəzi üzvləri açıq-aşkar Azərbaycanda xaos və qarışıqlıq yaratmağa çalışır. Belə bəyanatla Strasburqdan AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edib. Xatırladaq ki, bu gün AŞPA Azərbaycanla bağlı məsələyə baxıb, siyasi məhbus hesab edilən şəxslərlə bağlı məruzə ətrafında müzakirələr olub.

“Bu adamlar qarşılarına məqsəd qoyublar ki, nə yolla olursa olsun ölkəmizdəki stabilliyi pozmaq lazımdır. Azərbaycana dair bu günkü dinləmələr onu göstərdi ki, bu beynəlxalq təşkilat hansı dərin böhranla üzləşib. Bir neçə ay əvvəl Azərbaycan Avropa Şurası ilə konstruktiv dialoqa can atdı, əl uzatdı. Bəs onlar bizə necə cavab verirlər? Avropa Şurasının müəyyən hissəsi Azərbaycanın uğurlarını az qala quduzcasına qarşılayırlar, bizim uğurlarımızı gözdən salmaq, aşağılamaq üçün ölkəmizlə bağlı müxtəlif şeylər uydururlar”,-Səməd Seyidov deyib.

Onun sözlərinə görə, məsələ absurda qədər çatıb. Azərbaycan üzrə məruzəçi Stefan Şennax Azərbaycanda hər ölüm faktının araşdırılmalı olduğu barədə düzəlişi təqdim edib. Düzdür, görəndə ki, bu təklif gülüş doğurub, Şennax onu geri çəkib. “Görün bir vaxtlar nüfuz sahibi olan təşkilatda hansı sərsəm iddialar ortaya atırlar. Bunun məqsədi odur ki, təzyiqlər yolu ilə Azərbaycanı Strasburqdan idarə etsinlər. Lakin onlarda alınmayacaq. Ötən illərdə olduğu kimi biz bu qeyri-konstruktiv qüvvələrə öz cavabımızı verəcəyik. Hər halda aydın deyil, bizə qarşı bu qəzəb haradandır? Bəlkə elementar paxıllıqdır? Axı Azərbaycan stabil inkişaf edir, belə bir vaxtda hər yan od tutub yanır, iqtisadiyyatlar çökür. Bununla belə biz bu təşkilatla əməkdaşlığı hələ davam etdiririk, amma onu deyirik ki, səbrimizin sonu var. Heç kimə bizə öz şərtlərini diqtə etməyə imkan vermərik”,-Seyidov bildirib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR