Avropa Liqasında 1/16 final mərhələsi: 'İnter' səfərdə qalib gəldi
UEFA Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunları keçirilib.
"Report"un məlumatına görə, "Vulverhempton" İngiltərədə İspaniya "Espanyol"unu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşehir" Portuqaliyada "Sportinq"in qonağı olub. Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İngiltərə klublarından "Arsenal" Yunanıstanda "Olimpiakos"a qalib gəlib - 1:0. "Mançester Yunayted" Belçikada "Brügge" ilə heç-heçə edib - 1:1. İtaliya "İnter"i isə səfərdə Bolqarıstanın "Lüdoqorets" komandasından 2:0 hesabı ilə üstün olub.
Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar
"Şaxtyor" (Donetsk, Ukrayna) - "Benfika" (Portuqaliya) - 2:1
"Ayntraxt" (Frankfurt, Almaniya) - "Zaltsburq" (Avstriya) - 4:1
"Lüdoqorets" (Bolqarıstan) - "İnter" (İtaliya) - 0:2
"Brügge" (Belçika) - "Mançester Yunayted" (İngiltərə) - 1:1
ÇFR (Rumıniya) - "Sevilya" (İspaniya) - 1:1
"Kopenhagen" (Danimarka) - "Seltik" (Şotlandiya) - 1:1
"Xetafe" (İspaniya) - "Ayaks" (Niderland) - 2:0
"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 3:2
"Roma" (İtaliya) - "Gent" (Belçika) - 1:0
"Volfsburq" (Almaniya) - "Malmö" (İsveç) - 2:1
"Alkmaar" (Hollandiya) - LASK (Avstriya) - 1:1
APOEL (Kipr) - "Bazel" (İsveçrə) - 0:3
"Bayer" (Leverkuzen, Almaniya) - "Porto" (Portuqaliya) - 2:1
Qeyd edək ki, cavab görüşləri fevralın 27-də olacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət