Slimfit
  1. İDMAN

Avropa Liqası: Sloveniya klubu darmadağınla mərhələ adladı

Avropa Liqası: Sloveniya klubu darmadağınla mərhələ adladı
Sakura

Avropa Liqası: Sloveniya klubu darmadağınla mərhələ adladı

UEFA Avropa Liqasında I təsnifat mərhələsindən təxirə salınmış daha bir oyun keçirilib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, Budapeştdəki "Ferents Susa" stadionunda baş tutan matçda Estoniya "Nomme Kalyu"su ilə Sloveniya "Mura"sı üz-üzə gəlib. Qarşılaşma ikincilərin 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Murska-Sobota təmsilçisinin heyətində qolları Kevin Jijyek (2), Jiqa Kous və Alen Kozar vurublar.

Qələbə sayəsində II təsnifat mərhələsinə vəsiqə qazanan "Mura" bu raundda Danimarkanın "Orxus" klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, "Nomme Kalyu" - "Mura" oyunu hər iki komandanın heyətində koronavirus aşkarlandığı üçün təxirə salınmışdı.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR