Dərc edildi: Baxış sayı: 429
Avropa Komissiyası neftin qiyməti ilə bağlı proqnozunu azaldıb
Avropa Komissiyası 2020-ci il üçün “Brent” markalı neftin bir barelinin orta illik qiymət proqnozunu 60,4 ABŞ dollarından 38,4 ABŞ dollarına endirib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqtisadi proqnozunda qeyd edilib.
Komissiya bu markalı neftin 2021-ci il üçün isə orta illik qiymət proqnozunu 56,9 ABŞ dollarından 40,2 dollara azaldıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət