Slimfit
  1. İDMAN

Avropa Klublar Assosiasiyası 2018-ci ilin ən yaxşıları adına namizədləri müəyyənləşdirib

Avropa Klublar Assosiasiyası 2018-ci ilin ən yaxşıları adına namizədləri müəyyənləşdirib
Sakura

Avropa Klublar Assosiasiyası 2018-ci ilin ən yaxşıları adına namizədləri müəyyənləşdirib

Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası "Globe Soccer Awards" versiyası üzrə 2018-ci ilin ən yaxşıları adına namizədləri müəyyənləşdirib.

"Report"un məlumatına görə, namizədlər 3 nominasiya üzrə açıqlanıb.

İlin klubu adına İspaniyanın "Real Madrid" və "Atletiko", eləcə də İngiltərənin "Liverpul" klubları namizəd olub.

İlin məşqçisi adı uğrunda Didye Deşam (Fransa yığması), Dieqo Simeone ("Atletiko"), Yurgen Klopp ("Liverpul"), Massimiliano Alleqri ("Yuventus", İtaliya) və Zinəddin Zidan ("Real Madrid"in sabiq baş məşqçisi) mübarizə aparacaq.

İlin oyunçusu mükafatına isə Kriştianu Ronaldu ("Real Madrid" / "Yuventus"), Antuan Qrizmann ("Atletiko") və Kilian Mbappe (PSJ, Fransa) iddialıdır.

Qeyd edək ki, mükafatlandırma mərasimi 2019-cu il yanvarın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Abdulla Şaiq ailəsi ilə, 1925-ci il...

Redaktor seçimi

SON XƏBƏRLƏR