Avropa İttifaqı Azərbaycanla kibertəhlükəsizlik sahəsində yeni layihə reallaşdıracaq
Avropa İttifaqı (Aİ) Azərbaycanla dəyəri 7 mln. avro olan yeni layihə həyata keçirməyə hazırlaşır.
“Report” xəbər veirir ki, bunu Bakıda keçirlən "Eu4Digital" layihəsinin təqdimatı mərasimində Aİ-ın Azərbaycandakı Əməkdaşlıq Şöbəsinin rəhbəri Simona Qatti deyib.
S.Qattinun sözlərinə görə, yeni layihə kibertəhlükəsizlik sahəsini əhatə edir.
“Hazırda təqdim etdiyimiz "Eu4Digital" layihəsi 11 mln. avro dəyərindədir. 6 Şərq Tərəfdaşlığı ölkəsində bu layihəni icra edən “E&Y” audit şirkəti ilə Azərbaycanda da əməkdaşlıq etmək bizim üçün qürurvericidir. Bu layuhədən sonra biz Azərbaycanla 7 mln. avroluq kibertəhlükəsizlik layihəsini reallaşdırmağa başlayacağıq”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət