Dərc edildi: Baxış sayı: 1447
:0
Avropa Ərdoğandan qorxur, ona möhtacdır - Bəşər Əsəd
Avropa üçün ən təhlükəli şey Suriyada terrorizmə verdikləri dəstəkdir.
Axar.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.
Qarşıdurmaların başladığı gündən bu vaxta qədər milyonlarla insanın Türkiyəyə qaçdığını deyən Əsəd Avropanın həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan qorxduğunu, həm də qaçqınların Qərbə getməsinin qarşını almaq üçün ona möhtac olduğunu bildirib.
Suriya Prezidenti Avropanın terrorçuları dəstəkləməsini ikiüzlülük adlandırıb:
“Aralarında bir neçə terrorçunun olduğu milyonlarla mülayim insandan necə qorxa bilərsiniz? Bəs bu terrorçuları niyə birbaşa dəstəkləyirsiniz?”
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət