Slimfit
  1. KOSMOS

Avqustun ulduz yağışı şousuna hazır olaq

Avqustun ulduz yağışı şousuna hazır olaq
Sakura

Avqust ayının 12 və 13 tarixində Perseid axınından düşən ulduqları görmək mümkün olacaq: bu gecə bir…

Digər meteor axınları kimi Perseidlər komet quyruğunun qalıqlarından formalaşır – indiki halda Svift-Tattl kometinin quyruğu. Kometlər Günəşə yaxınlaşanda qızır, planetlər arası fəzada kiçik hissələrə və toza çevrilir, bu da günəş küləyinin təsiri ilə Günəş sisteminin mərkəzindən hərəkət edir. Onun nüvəsinin qırıntıları Yerin atmosferinə düşərək ulduz kimi közərərək yanır.

Svift-Tattl kometi Yerə 135 ildən bir yaxınlaşır, lakin onun quyruğundan Yer hər il keçir. İlk Perseid meteorları iyulun ortalarından seçilir və astronomiya həvəskarları rəngarəng videolar çəkir.

 

 

Ən parlaq meteor axını 24 avqustda bitəcək. Bu dəfə bəzi “parlaqlığı” Ay yaratsa da ulduz yağışı çox effektli olacaq. Beynəlxalq meteor təşkilatının proqnozuna görə (IMO) göydə bir saatda 100-150 meteoru görmək mümkün olacaq (Perseid müşahidəsi üzrə bütün tarix boyu göstəricisi  bir saatda orta meteor sayı –  60-dır).

 

 

IMO meteor axınının müşahidəsi üzrə məsləhətlər verir. Əvvəlcədən göydə işıqlanma görünməyən yer seçmək lazımdır (şəhərdə yaşayanlar şəhər kənarına çıxmalı olacaqlar), bununla yanaşı göyün həmin hissəsinin qarşısı ağac və digər yer obyektləri ilə tutulmamalıdır. Həmçinin gözün qaranlığa adaptasiyası üçün 20 dəqiqə ayırmaq lazımdır, əgər olduğunuz yerdə işıqlanma lazımdısa, qırmızı rəngli fənərdən istifadə edə bilərsiniz. Bunu fənəri qırmızı kağızla örtərək edə bilərsiniz.

 

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağıllı hərəkət etmək üçün təkcə ağıl azdır - Fyodor Dostoyevski

Redaktor seçimi

SON XƏBƏRLƏR