Dərc edildi: Baxış sayı: 1311
Avqustun 20-də geomaqnit qasırğası olacaq
Avqustun 20-də Yer kürəsində G1 sinfinə aid geomaqnit qasırğası gözlənilir.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Lebedev adına Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Günəşin Rentgen Astronomiyası Laboratoriyasının məlumatında bildirilir.
Məlumata əsasən, 17 və 21 avqustda geomaqnit həyəcanlaşması olacaq.
Qeyd edək ki, bu il ərzində 28 iyun, 6 və 7 may tarixlərində də qasırğa olub. Ən böyük qasırğa isə 20 apreldə baş vermişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət