Slimfit
  1. AZƏRBAYCAN

Avqustda “ASAN xidmət” vasitəsi ilə “Azərişığ”a müraciətlər 2 dəfə artıb

Avqustda “ASAN xidmət” vasitəsi ilə “Azərişığ”a müraciətlər 2 dəfə artıb
Sakura

Avqustda “ASAN xidmət” vasitəsi ilə “Azərişığ”a müraciətlər 2 dəfə artıb

Ötən ilin avqust ayı ilə müqayisədə “ASAN xidmət” vasitəsi ilə “Azərişıq” ASC-yə 2 dəfə artıq müraciət edilib.

 Bunu "Report"a qurumun Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, “Azərişıq” ASC-nin “ASAN xidmət” vasitəsi ilə abonentlərə göstərdiyi xidmətlərin sırasına son aylarda əlavə üç xidmətin artırılması, həmçinin istehlakçıların enerji təchizatı sxeminin bir fazalıdan üç fazlıya keçirilməsi, abonentlərə yeni kodların verilməsi, sahibkarlıq obyektlərində istənilən səbəbdən sayğac əvəzlənməsinin yalnız və yalnız “ASAN xidmət” vasitəsi ilə həyata keçirilməsi, avqust ayında Səhmdar Cəmiyyətə edilən müraciətlərin sayının artmasına səbəb olub. Eyni zamanda iyul ayının sonunda Nazirlər Kabinetinin əhali abonentlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı kVt-a görə vahid tarif müəyyən etməsi və buna görə əvvəlki qayda ilə müqayisədə məişət abonentlərinin elektrik şəbəkəsinə qoşulması üçün tariflərin ucuzlaşması da müraciət edənlərin sayında artıma səbəb olub. Nəhayət, elektrik avadanlıqlarının istismarı zamanı, qəzalar, zədələnmələr, yanğınların qarşısının alınması üçün yeni yaradılan “İstehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi” xidmətinə sahibkarların diqqət göstərməsi də müraciətlərin sayına müsbət mənada təsir göstərib.

Nəticədə "Azərişıq“ ASC-nin göstərdiyi 13 xidmət arasında xüsusi əhəmiyyət daşıyan 150 kVt-a qədər sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün 2 yüzdən artıq sahibkar, evinə, bağına və ya həyətinə işıq çəkdirmək üçün isə 4 mindən artıq vətəndaş müraciət edib. İstehlakçıların balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidməti üçün 426, qeyri-əhali qrupuna aid istehlakçıların sayğac əvəzlənməsi üçün 1000-ə yaxın sahibkar müraciət edib.

Nəticədə istirahət ayı hesab olunmasına baxmayaraq, avqust ayında “Azərişıq” ASC-yə “ASAN xidmət” mərkəzləri vasitəsi ilə göstərdiyi digər xidmətlərlə birlikdə 12 mindən artıq müraciət daxil olub. Bu isə ötən ilin avqust ayı ilə müqayisədə müraciətlərin sayının 2 dəfəyədək artması deməkdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR